VİP – daxili istilik

VIP modeli təmiz, estetik və zərif xətti ilə məkanınızın hər bir elementinə uyğunlaşır. 
 
TEXNİKİ GÖSTƏRİCİLƏRİ

YÜKSƏK İSTİLİK GÜCÜ
Milandakı “Politecnico” təşki- latında yerinə yetirilən sınaq- lara əsasən biz EN 442 standartlarına uyğunluq serti- fikatına zəmanət verə bilərik. Yüksək istilik gücü daha az həcmli radiatorların quraşdırılmasına imkan yaradır. 

DAHA AZ ENERJİ SƏRFİYYATI
Bu alüminiumun yüksək istilikvermə xassəsi nəticəsində əldə edilir.  Bu xassə sayəsində alüminum tez qızır və ən qısa vaxt ərzində məkanı bir bərabərdə isidir.

DAVAMLILIQ

Hələ avtomobil və aviakosmik sənayelərində keçirilmiş sınaqlar zamanı yoxlanmış və təsdiq edilmiş   materialın yüksək keyfiyyəti sayəsində davamlı istismar müddəti üçün maksimum zəmanətlər təqdim edilir. Bundan başqa, “anaforez” üsulu və epoksid tozu əsasında qaynar minalama ilə intensiv ilkin emal nəticəsində radiatorların sonradan boyanmasına ehtiyac qalmır.

ASAN QURAŞDIRMA

Alüminiumun yüngüllüyü sayəsində quraşdırma zamanı daha çox elastiklik və sürət əldə edilir. 

MONTAJ

• VIP radiatorları işçi təzyiq 1600 K Paskal – 16 Atm olmaq şərtilə 100º C-yə qədər isti su istifadə edən bütün istilik sistemlərində tətbiq edilə bilər.
• Bu radiatorlar dəmir, mis və termoplastik borulardan istifadə edən sistemlərdə quraşdırıla bilər.
• Radiatorların quraşdırılması zamanı aşağıda göstərilən məsafələrə riayət etməklə ən yüksək istilik gücünə nail olmaq mümkündür:
– divardan – ən az 3 sm aralı;

– döşəmədən  – ən az 10 sm hündürdə;
– pəncərə altından və ya rəfdən – ən az 10 sm aşağıda
• Qarışıq metallardan istifadə zamanı isitilik sistemində çöküntülər və korroziya nəticəsində əmələ gələ bilən problemlərin qarşısını almaq üçün suyun pH göstəricisini yoxlamaq (tövsiyə edilən göstərici 6.5 və 8 arasındadır) və dövr edən qaynar suya istehsalçıın təlimatına uyğun olaraq müəyyən miqdar münasib passivləşdirici qatqı (Cillit-HS 23 Combi və ya ona bənzər digər məhsul) əlavə etmək məsləhət görülür.
• Maksimum təsirliliyi təmin etmək məqsədilə radiatorlar üçün üzən avtomatik və ya əllə idarə eidlən ventilyasiya qapaqlarının (klapanlarının) quraşdırılma- sı tövsiyə edilir.
• Istilik sistemində mövcud olan qazlarla bağlı problemlərin qarşısını almaq və aşırı təzyiqi aradan qaldırmaq məqsədilə qapaqların sonuna qədər bağlanması məsləhət görülmür. Əgər bir və ya bir neçə radiatoru dövriyyədən təcrid etmək lazımdırsa, bu zaman hər bir radiatorda avtomatik ventilyasiya qapaqlarının quraşdırılması tövsiyə edilir.