JUNIOR – dəsmalqurudan radiator

Yaxşı qızdırılan rahat bir məkanda asudəlik hissi isti hamam xalatına bürünən hər bir kəsin keçirdiyi hissə bənzəyir. Məhz bu xüsusiyyət evlərin və mehmanxanaların vanna otaqlarında, eləcə də rahatlığa və əlverişliliyə ehtiyac duyulan digər yerlərdə JUNİOR radiatorlarından istifadəni zəruri edir. 

TEXNİKİ GÖSTƏRİCİLƏRİ   
• Təzyiq altında tökmə üsulu ilə alüminium ərintisindən hazırlan- mışdır.
• Məhdud məkanda əla nəticələr göstərir.
• 600 К Paskal – 6 Atm. qədər işçi təzyiq.
• Anaforez üsulu ilə boyama (radiatorun bütünlüklə boya ləyəninə salınması) və növbəti epoksid tozu ilə minalamadan ibarət iki mərhələli boyama vasitəsilə ikiqat müdafiə.
• Junior radiatorlarından istilik sistemində suyun axını və qayıdışı ilə birlikdə münasib Vat gücündə elektrik elementlərinin qoşulması vasitəsilə ikili birləşdirmə versiyasında istifadə etmək olar.
• Və yaxud yalnız elektirk isitilik sistemi üçün münasib Vat güclü elektrik elementi qlokol etilen və suyun tövsiyə edilən qarışığına daxil edilə bilər.

MONTAJ

• Mix radiatorları işçi təzyiq 1600 K Paskal – 16 Atm olmaq şərtilə 100º C-yə qədər isti su istifadə edən bütün istilik sistemlərində tətbiq edilə bilər.
• Bu radiatorlar dəmir, mis və termoplastik borulardan istifadə edən sistemlərdə quraşdırıla bilər.
• Radiatorların quraşdırılması zamanı aşağıda göstərilən məsafələrə riayət etməklə ən yüksək istilik gücünə nail olmaq mümkündür:
– divardan – ən az 6 sm aralı;
– döşəmədən və ya vannanı kənarından – ən az 10 sm hündürdə;
• Qarışıq metallardan istifadə zamanı isitilik sistemində çöküntülər və korroziya nəticəsində əmələ gələ bilən problemlərin qarşısını almaq üçün suyun pH göstəricisini yoxlamaq (tövsiyə edilən göstərici 6.5 və 8 arasındadır) və dövr edən qaynar suya istehsalçıın təlimatına uyğun olaraq müəyyən miqdar münasib passivləşdirici qatqı (Cillit-HS 23 Combi və ya ona bənzər digər məhsul) əlavə etmək məsləhət görülür.
• Maksimum təsirliliyi təmin etmək məqsədilə radiatorlar üçün üzən avtomatik və ya əllə idarə eidlən ventilyasiya qapaqlarının (klapanlarının) quraşdırılması tövsiyə edilir.
• Istilik sistemində mövcud olan qazlarla bağlı problemlərin qarşısını almaq və aşırı təzyiqi aradan qaldırmaq məqsədilə qapaqların sonuna qədər bağlanması məsləhət görülmür. Əgər bir və ya bir neçə radiatoru dövriyyədən təcrid etmək lazımdırsa, bu zaman hər bir radiatorda avtomatik ventilyasiya qapaqlarının quraşdırılması tövsiyə edilir.

• Ştepsellər və ya reduksiyalar (5 və 6 bəndlər) yalnız oriji- nal `O-R` ara qatı (bənd 24) ilə istifadə edilməlidir. Alternativ olaraq dəstdən də istifadə etmək olar (44, 47, 49 bəndlər).